Hindistanda 500 min insan qasırğaya görə təxliyə olunub

Hindistanda  500 min insan qasırğaya görə təxliyə olunub
# 13 oktyabr 2013 00:17 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Orissa və Andxra Pradeş ştatlarının artıq 500 minədək sakini təxliyə olunub.

Qeyd edək ki, “Feylin” qasırğası Hindistana Benqal körfəzi tərəfindən yaxınlaşır. Meteoroloji xidmətin məlumatına görə, küləyin sürəti saatda 220 km təşkil edir. Son məlumatlara görə, qasırğa artıq ölkənin şərq sahillərinə çatıb. Təbii fəlakət nəticəsində əhali arasında artıq ölənlərin olduğu bildirilir.

Hindistanın Silahlı Qüvvələri xilasetmə işlərinin aparılması üçün artıq tam döyüş hazırlığına gətirilib. Yerli hakimiyyət qurumları sakinləri hər hansı zəif tikililərin içərisində qalmamağa çağırır, gecəqondularda yaşayan əhali ölkənin mərkəzinə doğru köçürülür.

Qeyd edək ki, 1999-cu ildə Orissa ştatında baş vermiş qasırğa 10 minədək insanın həyatına son qoymuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR