KXCP Müsavat Partiyasının müttəfiqliklə bağlı təklifini müzakirə edib

KXCP Müsavat Partiyasının müttəfiqliklə bağlı təklifini müzakirə edib
# 16 dekabr 2013 15:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Bu barədə APA-ya məlumat verən KXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər və qərarların icra vəziyyəti haqqında müzakirələr aparılıb.

KXCP sədri qeyd edib ki, iclasda Müsavat Partiyasının partiyalar arasında müttəfiqlik sazişinin imzalanması təklifinə də baxılıb: “Müsavat Partiyasının təklifi ilə bağlı müzakirələrimiz davam edəcək. İlkin müzakirələr hələ başa çatmayıb. Əsas təklif Milli Şuranın gücləndirilməsi və birgə fəaliyyət haqqında olub. Biz bu təklifi indiyə qədər qəbul etdiyimiz qərarların məntiqi davamı kimi qiymətləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR