Bu ilin əvvəlindən 52 əlilə peşə şəhadətnamələri verilib

Bu ilin əvvəlindən 52 əlilə peşə şəhadətnamələri verilib
# 01 iyul 2014 08:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin ilk yarım ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmçinin 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib. Sağlamlıq imkanları məhdud gənclərin qeyd olunan mərkəzdə yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün onların yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzi ilə birgə tədbirlər görülür.

Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir. Onlar təlim müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR