Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 2% artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 2% artıb
# 03 iyul 2014 10:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-may Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 39 839 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,35 % çoxdur.

İpoteka kreditləri orta hesabla 278 aylığa, illik 6,83%-lə verilib. Qeyd edək ki, bir il əvvəlki göstərici ilə müqayisədə ipoteka kreditlərinin orta illik faiz dərəcəsi də aşağı düşüb. Belə ki, bir il əvvəl kreditlər illik 6,95%-lə verilib.

Hazırda ipoteka kreditləri üzrə aylıq ödənişin orta məbləği 318,5 manat təşkil edir. Bu isə bir il əvvəl ilə (321 manat) müqayisədə 0,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR