Nazir: “İqlim dəyişikliyi səbəbindən bu il məhsuldarlıq aşağı ola bilər”

Nazir: “İqlim dəyişikliyi səbəbindən bu il məhsuldarlıq aşağı ola bilər”
# 27 iyun 2014 10:34 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə məlumatı kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncəyə səfəri zamanı bildirib.

Onun sözlərinə görə iqlim dəyişikliyi kontekstində bütün hadisələrə artıq hazır olmaq lazımdır. “Artıq ölkədə taxıl sahələrinin 60 faizi biçilib. İqlim dəyişikliyi səbəbindən məhsuldarlıq hektardan 1-2 sentner azala bilər. Bu hadisələr təkcə bizdə yox dünyanın hər bir yerində baş verir. Bundan sonra istər əkinçilik istərsə də bitkiçilik sahələri daha çox elmi əsaslara söykənər iqlim dəyişikliyinə hazır olmalıdır”.

Nazir qeyd edib ki, bu il bəzi rayonlarda quraqlıqlar olub ki, belə iqlim dəyişikliyinə sonuncu dəfə 1982-ci ildə rast gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR