İstanbulda XVII Avrasiya İqtisadiyyat Sammiti keçirilir - FOTO

İstanbulda XVII Avrasiya İqtisadiyyat Sammiti keçirilir - <span style="color: red;">FOTO
# 05 fevral 2014 12:35 (UTC +04:00)

APA-nin Türkiyə müxbirinin məlumatına görə, sammitin açılışında Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev və UNESCO bas direktoru İrina Bokovanın təbrik məktubları oxunub. İlham Əliyevin təbrik məktubunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Təbrik məktubunda region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına diqqəti cəlb edən prezident İ. Əliyev, Azərbaycanın güclü iqtisadi potensialını bölgə ölkələri ilə paylaşmağa hazır olduğunu vurğulayıb.

Zirvə toplantısının təşkilatçısı olan Marmara Qrupu Vəqfinin başqanı Akkan Süvər toplantılarda tarixi İpək Yolunun ruhunu canlandıracaqlarını deyib. “Şahdəniz”, TANAP və TAP kimi beynəlxalq layihələrdə Azərbaycanın lider roluna diqqəti cəlb edən A. Süvər, bunun sayəsində Cənubi Avropanın bəzi ölkələrinin enerji sıxıntısından xilas olacağını söyləyib.

Sammitdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə iştirak edirlər. Sammit 6 fevralda başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR