Daxili Qoşunların bir neçə gün əvvəl qəzaya düşən zabiti xəstəxanada dünyasını dəyişib

Daxili Qoşunların bir neçə gün əvvəl qəzaya düşən zabiti xəstəxanada dünyasını dəyişib
# 24 iyun 2014 08:25 (UTC +04:00)

APA-nın məlumatına görə, iyunun 16-da Şirvan şəhərində qəzaya düşən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov aldığı xəsarətlərdən ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, məlum hadisə iyunun 16-da Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

***

16 May 2014 16:47

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda hərbçilər qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR