Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda seminar keçirilir - FOTO

Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda seminar keçirilir - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 08:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində MDB Parlament Assambleyası ilə birlikdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” adlı beynəlxalq seminar keçirilir. APA-nın məlumatına görə, seminarın açılışında Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov və MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev çıxış ediblər.


A. Sergeyev MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matveyenkonun, V. Ələsgərov isə Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun məktubunu oxuyub.


Beynəlxalq seminarda azərbaycanlı deputatlar da daxil olmaqla, MDB-yə üzv ölkələrin deputatları, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqlar iştirak edirlər.

Seminarda “MDB və Avropa ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq təcrübəsi”, “Azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüququndan icazə verilən həddə qədər məhrum edilməsi”, “Seçici hüququ və onun hüquqi tətbiqi: Avropa və MDB ölkələrinin təcrübələrinin öyrənilməsi” və digər mövzular müzakirə olunacaq.


Seminar sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR