Pərviz Müşərrəfə qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb

Pərviz Müşərrəfə qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb
# 20 avqust 2013 07:19 (UTC +04:00)

APA-nın məlumatına görə, Müşərrəf qətl törətmək, qətl törətmək məqsədilə cinayətkar sövdələşməyə girmək və qətlə yardımçı olmaq maddələri ilə ittiham olunur. İttihamlar təsdiqlənsə, sabiq prezidenti ölüm hökmü, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Bənazir Bhuttonun öldürülməsindən sonra 2008-ci ildə impiçment təhlükəsi ilə üz-üzə qalan Müşərrəf Pakistanı tərk edərək Londona köçüb. 2013-cü ildə sabiq prezident parlament seçkilərində iştirak məqsədilə könüllü olaraq Pakistana qayıdıb. Lakin apreldə o, məhkəmə qərarı ilə seçkilərdə iştirak hüququndan məhrum edilib, daha sonra həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR