“Nida”çıların apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb

“Nida”çıların apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb
# 23 iyun 2014 12:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin bu günə təyin olunan ilkin baxış iclası təxirə salınıb.

APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təsirləndirilən şəxslərin vəkili Elçin Sadıqovun prosesdə iştirak etmədiyi bildirilib və məhkəmənin onun iştirakı ilə keçirilməsinin zəruriliyi qeyd edilib.

Bu səbəbdən prosesin cümə günü davam etdiriləcəyi elan olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR