Ədliyyə naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
# 13 iyun 2014 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov iyunun 20-də Hacıqabulda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Hacıqabul, Neftçala, Sabirabad və Salyan rayonlarında, habelə Şirvan şəhərində yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Şirvan regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Vətəndaşlara həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR