Azərbaycanın Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmi 20% azalıb

Azərbaycanın Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmi 20% azalıb
# 09 iyun 2014 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayı ərzində 2 207 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% azdır.

Bu həcmin 1 459 633 tonunu ARDNF-nin nefti təşkil edib.

Bu ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 703 142 ton təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5,8% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 847 056 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR