Azərbaycanda dövlət büdcəsinin vergi orqanları üzrə daxilolmaları 9% artıb

Azərbaycanda dövlət büdcəsinin vergi orqanları üzrə daxilolmaları 9% artıb
# 18 oktyabr 2013 11:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə təmin olunan vergi daxilolmalarının həcmi 4 951,6 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.

Nazirliyin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 36,5%-i mənfəət vergisi, 25,3%-i əlavə dəyər vergisi, 12,3%-i fiziki şəxslərin gəlir vergisi, 7,7%-i aksizlərin, 18,2%-i isə digər vergilərin payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 2 743,9 mln. manat vəsait daxil olub.

Yanvar-sentyabr aylarında respublika üzrə 54 835 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 484 (53,8%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin oktyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 526 218 olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,6% çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR