Azərbaycanda gələn ilə səhiyyə sahəsinə dövlət büdcəsindən 725,6 milyon manat ayrılacaq

Azərbaycanda gələn ilə səhiyyə sahəsinə dövlət büdcəsindən 725,6 milyon manat ayrılacaq
# 07 oktyabr 2013 16:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, 2013-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz, 2012-ci ilin faktiki göstəricisinə nisbətən 116,2 milyon manat və ya 19,1 faiz çoxdur.

Gələn il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

Ayrılan vəsaitin 367,2 mln manatı və ya 50,6 faizi xəstəxanaların, 106,1 milyon manatı və ya 14,6 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı və ya 33,2 faizi səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.

İlk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5,0 mln manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR