Şəmkirdə mebel sexində yanğın olub

Şəmkirdə mebel sexində yanğın olub
# 17 dekabr 2013 04:06 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Yuxarı Könüllü kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları və içərisində təmirə yığılmış köhnə mebellər 200 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR