Azərbaycan prezidenti Yaponiya və Yeni Zelandiya səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Yaponiya və Yeni Zelandiya səfirlərinin etimadnamələrini qəbul edib
# 23 noyabr 2013 12:30 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Yaponiyanın yeni təyin olunmuş səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. T. Takahaşinin ölkədəki diplomatik fəaliyyəti dövründə də əməkdaşlığın dinamik inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyən İ. Əliyev ona uğurlar arzulayıb.

Ötən il Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu xatırladan səfir isə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Diplomat Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.

Prezidenti İlham Əliyev Yeni Zelandiyanın səfiri Taha Makfersonun da etimadnaməsini qəbul edib. Azərbaycanla Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirən dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd edib.

Səfir Taha Makferson isə yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib. O, iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR