Əli Əliyev ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsi ilə görüşüb

Əli Əliyev ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsi ilə görüşüb
# 26 sentyabr 2013 12:47 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyasının siyasi təhlilçisi Vadim Zdanoviçlə görüşüb.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT-in Azərbaycanda keçirilən prezident seçkilərinə diqqətini yüksək qiymətləndirən Ə. Əliyev DTİHB Seçkiləri Müşahidə Missiyasının fəaliyyətini müsbət dəyərləndirib.

VİP sədri prezident seçkilərinin gedişinə münasibətini açıqlayaraq Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyini qeydə almamsı haqqında qərarının siyasi xarakterli olduğunu bildirib və seçki qurumunun həmin qərarının ləğvi istiqamətində hüquq müstəvisində mübarizə aparıldığını diqqətə çatdırıb.

Tərəflər görüşün davamında seçkilərlə bağlı ətraflı fikir mübadilə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR