“Türkiyədə Azərbaycan həftəsi” Ankara konfransı ilə yekunlaşıb - FOTOSESSİYA

“Türkiyədə Azərbaycan həftəsi” Ankara konfransı ilə yekunlaşıb  - <span style="color: red;">FOTOSESSİYA
# 21 noyabr 2013 07:26 (UTC +04:00)

Bakı - APA. Azərbaycan nümayəndə heyəti “Türkiyədə Azərbaycan həftəsi”ni noyabr 20-də Ankara tədbirləri ilə yekunlaşdırıb.

APA-nın xəbərinə görə, baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş zamanı “Erməni məsələsində Azərbaycan və Türkiyə siyasətinin koordinasiyası” mövzusu müzakirə olunub.

Daha sonra Türkiyə Xarici İşlər Nazirliyində diplomatlar və Türk XİN SAM ilə dəyirmi masada “Azərbaycanın xarici siyasəti”, “Azərbaycanın region siyasəti” və “Azərbaycan-Türkiyə münasibətləri” mövzuları ətrafında müzakirələr aparılıb.

“Türkiyədə Azərbaycan həftəsi” Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM) ilə birgə keçirilən “Dəmirdən İpək Yolu: Bakı-Tiflis-Qars dəmir yolu” mövzusunda konfransla yekunlaşdırılıb.

Tədbiri TOBB ETÜ beynəlxalq əlaqələr bölməsinin direktoru Doç. Dr. Şaban Kardaş, TOBB ETÜ rektoru Prof. Dr. Necip Camuşcu, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov və ORSAM direktoru Hasan Kanbolat salamlama nitqləri ilə açıblar.

Moderatoru SAM-ın direktoru Fərhad Məmmədovun olduğu “Bakı-Tiflis-Qars Dəmiryolu Xəttinin Tarixi” mövzulu birinci sessiyada TOBB İqtisadiyyat və texnologiya Universitetinin müəllimi Dr. Toğrul İsmayıl “Türkiyə, Rusiya Federasiyası, İran, Azərbaycan, Gürcüstan və Ermənistan üçün Qafqaz: Tarix, geosiyasət və perspektivlər”, Atılım Universiteti, “The Black Sea International” rəhbəri Doç. Dr. Hasan Ali Karasar “Trans-Qafqaz dəmir yolu (XIX əsr) və Bakı-Tiflis-Qars dəmir yolu (XXI əsr) layihələrinin müqayisəsi” və SAM-ın baş elmi işçisi, Türkiyə koordinatoru Dr. Cavid Vəliyev "Bakı-Tiflis-Qars dəmir yolunun bölgənin geosiyasi vəziyyətinə təsiri" mövzularında çıxış ediblər.

“Bakı-Tiflis-Qars dəmir yolu xəttindən gözləntilər və ehtimal olunan problemlər” mövzusunda ikinci panelin moderatoru Ankara Universiteti Siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr bölməsinin professoru Dr. Erel Tellal, məruzəçiləri ORSAM Məsləhət heyətinin üzvü Prof. Dr. Ahmet Kesik “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyənin Cənubi Qafqaz ölkələri ilə xarici ticarətin həcminə təsiri” mövzusunda, ODTÜ Dosenti Dr. Oktay Tanrısever “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Avropa inteqrasiyası tərəfdən vacibliyi”, Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov "Bakı-Tiflis-Qars dəmir yolu layihəsində problemlər və həll yolları”, SAM-ın aparıcı elmi işçisi Zaur Vəliyev “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Cənubi Qafqaz iqtisadiyyatına mümkün təsiri” mövzularında çıxış ediblər.

Bununla da “Türkiyədə Azərbaycan həftəsi” Ankara konfransı ilə öz işini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR