Yunanıstan daxili işlər nazirinin ofisinin önündə partlayış baş verib

Yunanıstan daxili işlər nazirinin ofisinin önündə partlayış baş verib
# 15 yanvar 2014 08:33 (UTC +04:00)

Bakı – APA. Yunanıstan daxili işlər naziri Yannis Mixelakisin ofisinin önündə əldəqayırma partlayıcı qurğu işə düşüb.

APA – nın məlumatına görə, bu barədə Afina xəbərlər agentliyi xəbər yayıb.

Qaz balonu üzərində qurulmuş bomba ofisin yerləşdiyi binanın 4-cü mərtəbəsində yerləşdirilib. Partlayışdan sonra yanğın başlayıb. Ofis bağlı olduğu üçün xəsarət alan olmayıb.

Hələlik heç bir qüvvə partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. Bu tip partlayıcı qurğulardan adətən anarxist qruplaşmalar istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR