“Azərsu” ASC-nin sədr müavini “İlin Maliyyə Meneceri” mükafatına layiq görülüb - FOTO

“Azərsu” ASC-nin sədr müavini “İlin Maliyyə Meneceri” mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi sahəsində daha bir uğur qazanıb.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, Bakıda keçirilmiş “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Mühasiblərin və Auditorların IV Avrasiya Forumunda Səhmdar Cəmiyyətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının keçid istiqamətində əldə olunan nailiyyətləri yüksək qiymətləndirilib.

Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda rəsmi nümayəndəsi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatası ilə birgə təşkil etdiyi tədbirdə Avropa və Asiya ölkələrindən müxtəlif dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatlarının təmsilçiləri iştirak edib.

“Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) “İlin Maliyyə Meneceri” nominasiyası üzrə mükafatına layiq görülüb.

Qeyd edək ki, 2012-ci il noyabrın 05-09-də London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə keçirilmiş Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransında “Azərsu” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi ən yüksək mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR