Azərbaycanda snayper hazırlığı kursları bərpa olunur

Azərbaycanda snayper hazırlığı kursları bərpa olunur
# 31 avqust 2013 09:38 (UTC +04:00)

Bu barədə APA-ya SHÇDX-dən məlumat verilib.

Avqustun 13-dən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında snayper hazırlığı kurslarına sənəd qəbuluna başlanıb. Kurslarda yeniyetmələrlə yanaşı hərbi xidmət keçmiş şəxslər də iştirak edə bilərlər.

Cəmiyyət eyni zamanda Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülərin hazırlığı üzrə kursa sənəd qəbulu elan edib.

Qeyd edək ki, Azərbaycanda snayper hazırlığı kursları 2011-ci ildə, keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən başlanıb. Cəmiyyət 2012-ci ilin iyun ayında SHÇDX-nin tərkibinə keçdikdən sonra kurslar dayandırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR