Lənkəranda 3 gün su olmayacaq

Lənkəranda 3 gün su olmayacaq
# 10 dekabr 2013 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gündən etibarən 3 gün müddətinə Lənkəran şəhəri və bəzi kəndlərinin suyu kəsiləcək.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar dekabrın 10-12-də Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR