YAP-da Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO

YAP-da Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 08:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüş baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katiblərinin müavinləri, deputatlar Siyavuş Novruzov, Mübariz Qurbanlı və YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri, Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini Hüseyn Paşayev ilə olub.

Ə.Əhmədov bildirib ki, səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “İki partiya arasında səmərəli əməkdaşlıq yaranıb və bu əlaqələrin inkişaf etdirilməsi hər iki partiyanın maraqlarına cavab verir. Partiyalar arasında qarşılıqlı əlaqələr müntəzəm olaraq baş tutur və iki partiya arasında mühüm sahələrdə dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verir”.

Nümayəndə heyətinin rəhbəri, Çin Kommunist Partiyası Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin ikinci katibi Çjoy Li qeyd edib ki, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi eyni zamanda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsinə verir. Qonaq ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və iki partiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Görüşün davamı mətbuata qapalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR