Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədri: “Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və möhkəmlənir”

Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədri: “Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və möhkəmlənir”
# 23 oktyabr 2013 13:20 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, L. Slutski hesab edir ki, Orxan Zeynalovun Azərbaycan mənşəyinin israrla vurğulanması bir növ, informasion təxribatdır: “Bu cür provokasiyalarla ölkələr və xalqlar arasında ayrılıq yaratmaq cəhdləri iflasa məhkumdur. Əslində belə situasiyalar dövlətlərarası və xalqlararası münasibətlərin, Rusiya və Azərbaycanda yaşayanların bir-biri ilə əlaqələrinin çox möhkəm olduğunu və bu cür problemlərin buna maneçilik törədə bilməyəcəyini göstərir”.

L. Slutski qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri heç vaxt olmadığı qədər stabildir, inkişaf edir və bütün istiqamətlər üzrə möhkəmlənir. O, Moskvada və Rusiyanın digər şəhərlərində böyük miqdarda azərbaycanlının yaşadığını və onların arasında çoxlu sayda hörmət sahibi insanların – həkimlərin, alimlərin, pedaqoqların olduğunu söyləyib: “Mən tam əminəm ki, Azərbaycan İlham Əliyevin 9 oktyabr seçkilərində inamlı qələbəsindən sonra öz yeni tarixinin əlamətdar səhifəsindədir və bu səhifənin əsas başlıqlarından biri Azərbaycanla Rusiya arasında dəyişməz konstruktiv və məhsuldar əməkdaşlıq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR