Bakıda Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək - FOTO

Bakıda Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 11:57 (UTC +04:00)

20-25 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

BBTFF-nın Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə priz və pul mükafatları veriləcək. Festivalın ən yaxşı filmi Qran Pri mükafatı ilə təltif olunacaq.

Festivalın seçim komitəsinə 42 ölkədən 250 film daxil olub.

Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Festivalın informasiya dəstəkçiləri arasında APA İnformasiya Agentliyi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR