ABŞ-ın Əfqanıstandakı hərbi texnikasının bir hissəsi Azərbaycan ərazisi vasitəsilə Avropaya daşınır - EKSKLÜZİV

ABŞ-ın Əfqanıstandakı hərbi texnikasının bir hissəsi Azərbaycan ərazisi vasitəsilə Avropaya daşınır - <span style="color: red;">EKSKLÜZİV
# 30 sentyabr 2013 09:37 (UTC +04:00)

APA-nın hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, texnikanın Azərbaycan ərazisi ilə çıxarılması prosesinə bir müddətdir, başlanıb.

Qazaxıstanın Aktau limanına gətirilən ABŞ-a məxsus yüklər və hərbi texnikalar buradan bərə vasitəsi ilə Azərbaycana gətirilir. Azərbaycandan isə nəqliyyat vasitələri və dəmir yolu ilə Gürcüstanın Poti limanına daşınır.

Sentyabrın 28-də hərbi texnikalarla yüklənmiş daha bir maşın karvanının Bakıdan qərb istiqamətində hərəkəti müşahidə olunub.

Qeyd edək ki, artıq ABŞ hərbi texnikalarının Azərbaycan ərazisindən daşındığını əks etdirən fotolar da yayılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR