Ukraynanın Azərbaycandakı səfiri Binəqədi Rayon İcra Hakimiyyətində olub - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Binəqədi Rayon İcra Hakimiyyətində olub - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 18:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Binəqədi Rayon İcra Hakimiyyətində olub. RİH-dən APA-ya verilən məlumata görə, rayon icra başçısı Xaləddin İsgəndərovla görüş zamanı Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (SMEF) təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatına toxunulub.

Çempionatda qalib komandanın rəhbəri olan səfir və SMEF-in prezidenti Mirəli Kazımov çempionatın təşkilində göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin bu idman növünün yeni yaranmasına baxmayaraq, qısa zamanda Azərbaycanda geniş əhali kütləsinin, xüsusilə yeniyetmə və gənclər arasında yayılmağa başladığı qeyd edilib.

Binəqədi rayonunda keçirilən açıq respublika çempionatında uşaq və yeniyetmələr arasından müxtəlif yaş qruplarından olan məktəb şagirdləri qatılıb. Səfir özünün də bu idman növünə olan marağından danışaraq federasiya ilə mütəmadi əlaqədə olduğunu, tədbirlərdə aktiv iştirak etdiyini və bu idmanın yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, çətin anlarda dərhal və məntiqə əsaslanan qərarlar qəbul etmək vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Görüş zamanı Binəqədi rayonunda da bu idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətləri mövzusunda fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar yaradılmış texniki imkanlar və iş şəraiti ilə də tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR