Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub
# 07 fevral 2014 20:00 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin eyvanına, təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək, içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR