Azərbaycanda alimlər üçün yeni mükafat təsis edilib

Azərbaycanda alimlər üçün yeni mükafat təsis edilib
# 11 iyun 2014 15:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına mükafat təsis edib.

APA-nın xəbərinə görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu il Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanovun anadan olmasının 220 ili tamam olur. “Prezident İlham Əliyevin fevralın 12-də imzaladığı “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələri nəzərə alaraq alimin adına mükafat təsis olunub və əsasnaməsi təsdiq edilib. Mükafat tarix, fəlsəfə, sosiologiya, hüquq, beynəlxalq münasibətlər və şərqşünaslıq sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək.


Mükafata namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR