İsmayıllı rayonunda ev yanıb

İsmayıllı rayonunda ev yanıb
# 10 avqust 2013 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yaşayış evi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Diyallı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR