Ukraynanın Ternopol şəhərində etirazçılar İH binasını ələ keçiriblər

Ukraynanın Ternopol şəhərində etirazçılar İH binasını ələ keçiriblər
# 23 yanvar 2014 23:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər agentliyi məlumat yayıb.

“Ternopolda 1000-dək insan Ternopol vilayətinin dövlət administrasiyasının binasını ələ keçirib”, deyə mənbə agentliyə bildirib.

Məlumata görə, “xalq yığıncağı”ndan sonra etirazçılar İH-nin binasına doğru irəliləyib. Asayiş keşikçiləri etirazçıların irəliləməsinin qarşısını almağa çalışsalar da, onlar binanın daxilinə keçə biliblər.

Qeyd edək ki, bundan bir qədər əvvəl etirazçılar Çerkass şəhərində İH binasını ələ keçirməyə cəhd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR