Ziyafət Əsgərov: “Azərbaycanda siyasi məhbus yoxdur” - YENİLƏNİB

Ziyafət Əsgərov: “Azərbaycanda siyasi məhbus yoxdur” - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2014 09:35 (UTC +04:00)

APA-nın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə bununla bağlı ötən gün keçirilən məhkəməni və prokurorun tələbini siyasi sifariş adlandırıb.

O, prokurorun gənclərə ağır cəzalar istəməsini yersiz adlandırıb və “Nida”çıların işini siyasi məsələ kimi xarakterizə edib.

İ. Ağazadə qarşıdan gələn Respublika günü münasibətilə onlara amnistiya verilməsini təklif edib.

Deputat Siyavuş Novruzov isə buna etiraz edib. O qeyd edib ki, o həbsdə olan gəncləri öyrədib, o cinayətə təhrik edənlərdən danışmaq lazımdır, onlardan yox: “O uşaqları öyrədib əlinə “Molotov” kokteyli, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını yeyib, məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər”.

S. Novruzov bildirib ki, “NİDA”çı gənclərin məhkəmə prosesində faktiki olaraq siyasi məhbusdan, sifarişli məhkəmədən söhbət gedə bilməz.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da İ.Ağazadənin fikirlərinə etiraz edib: “Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR