Bakıda Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illiyi münasibətilə beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illiyi münasibətilə beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2013 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşəbbüsü ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasının 10 illiyi münasibətilə “Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşkilatı daxilində 10 il. Tarixdən yeni pilləyə” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, konfransın təşkilində məqsəd son dövrlər MHŞT ətrafında baş verən qlobal dəyişikliklər və müzakirələri gündəmə çıxarmaq, yeni MHŞT standartına keçidlə bağlı çətinlik və perspektivləri müzakirə etməkdir.

Tədbirdə 10 il ərzində Azərbaycanın MHŞT tətbiqi sahəsində uğurları müzakirə edilib. Beynəlxalq konfrans “MHŞT və Azərbaycan”, “Sidneydən sonra: Yeni MHŞT standartı”, “MHŞT-nin tətbiqində donor ölkələrin və beynəlxalq qurumların rolu” və “Təşəbbüsün tətbiqinə dair digər ölkələrin təcrübəsi” adlı 4 sessiyanı əhatə edib.

ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib ki, son 10 ildə Azərbaycanın Mədən Hasilatı Şəffaflığı sahəsində olduqca ciddi işlər görülüb: “Bu sahədə Azərbaycan olduqca böyük yol qət edib. Azərbaycan 2003-cü ildə ilk olaraq Londonda bu prosesə qoşulub və pilot ölkə olaraq üzərinə MHŞT üzrə öhdəliyi götürüb”.


Onun sözlərinə görə, bu, hökumətin istəyi ilə başlayıb: “Təbii ki, digər istək özəl neft şirkətlərinin və vətəndaş cəmiyyətinin yaxından iştirak etmək təşəbbüsüdür. 2005-ci ildə ilk hesabatını təqdim edən Azərbaycan bu günədək 17 hesabat açıqlayıb və MHŞT-ni tətbiq edən ölkələr arasında ən çox hesabat dərc edən ölkədir. Azərbaycanın hər iki ildən bir seçilən MHŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı rolunu bir daha sübut edir”.


Konfrans zamanı Sidneydə keçirilmiş MHŞT üzrə 6-cı Qlobal konfransda qəbul edilmiş MHŞT üzrə yeni standart və onun tətbiqi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparılıb. Bu standart bütün üzv ölkələrdə MHŞT prosesinin tətbiqini tənzimləyən əsas sənəd rolunu oynayır və öncəki illərdə qəbul edilmiş tənzimləyici sənədləri əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR