İntiqam Babayev: “Dövlət gənclər siyasətinin ən vacib istiqaməti vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işidir”

İntiqam Babayev: “Dövlət gənclər siyasətinin ən vacib istiqaməti vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işidir”
# 11 fevral 2014 14:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Gənclər üçün bu gün daha aktual və həyata keçirilməsi zəruri olan məsələlər Dövlət Proqramının Tədbirlər Planında öz əksini tapıb".

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

O deyib ki, dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin həyata keçirilməsidir: "Həmçinin gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində bir çox işlər görülüb. Bununla bağlı respublikanın bir çox rayon və şəhərlərində məktəblilər arasında “Şahin”, “Sərhəd” hərbi-idman, “Cəsurlar” hərbi-idman və turizm oyunları, “Azərbaycançılıq məfkurəsi və gənclik” adlı təbliğat kampaniyaları, gənclər üçün “Azərbaycan-doğma diyarımdır” adlı vətənpərvərlik yay istirahət düşərgələri, “Hünər” VIII Vətənpərvərlik mahnıları festivalı keçirilib".

İ.Babayev qeyd edib ki, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı ilə əlaqədar nazirlik tərəfindən istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının ilkin versiyası, proqram təminatı və əsasnamə layihəsi hazırlanıb: "Digər icraçı qurumlar tərəfindən də oxşar məlumat bazaları yaradılıb. Təhsil Nazirliyi tərəfindən "Olimpiada qalibləri barəsində" məlumat bazası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Tələbə-məzun" dövlət elektron məlumat sistemi, Elmin İnkişaf Fondu tərəfindən “Gənc alim və mütəxəssislər barədə məlumat bankı” yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR