Bu ilin sonunadək bölgələrdə yeni yaşayış binaları əlil və şəhid ailələrinə təqdim olunacaq

Bu ilin sonunadək bölgələrdə yeni yaşayış binaları əlil və şəhid ailələrinə təqdim olunacaq
# 22 oktyabr 2013 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün respublikanın müxtəlif bölgələrində mənzil tikintisi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, cari ilin sonunadək Bərdə və Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları qeyd olunan təbəqələrdən olan vətəndaşların istifadəsinə veriləcək.

Beləliklə, cari il ərzində ümumilikdə 414 mənzilin əlil və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur ki, bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 5250-ni ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR