Azərbaycan Yazıçılar Birliyinin saytı yeni layihəyə start verib

Azərbaycan Yazıçılar Birliyinin saytı yeni layihəyə start verib
# 13 yanvar 2014 14:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyinin www.ayb.az saytı yeni layihəyə start verib.

Birliyin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, “Sizə kitab gətirmişəm” adlı xeyriyyə aksiyasını keçirmək məqsədilə yazarlara müraciət olunacaq: “Layihənin ideyası mənə məxsusdur və düşünürəm ki, yazar dostlarımız bu xeyriyyə aksiyasının yaşaması üçün bizə dəstək verəcəklər. Biz həm Yazıçılar Birliyinin üzvlərinə, həm də üzv olmayan yazarlara müraciət edəcəyik ki, uşaq evlərindəki azyaşlı oxucuları kitabla təmin etmək məqsədilə öz kitabxanalarında olan uşaq ədəbiyyatı nümunələrini və dərslik nəşrlərini bizə təqdim etsinlər. Toplanan kitablar ayda bir dəfə hər hansı uşaq evinə təqdim ediləcək”.

X.Rza əlavə edib ki, “Sizə kitab gətirmişəm” xeyriyyə kitab aksiyasına kitab bağışlamaq istəyənlər birliyin mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR