Azərbaycana İsveçrədən cins qoyunlar gətiriləcək

 Azərbaycana İsveçrədən cins qoyunlar gətiriləcək
# 24 iyul 2013 16:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycana İsveçrədən «Zanezin» cinsindən 4 min baş qoyun gətiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Ç.Fərəcov qeyd edib ki, bu qoyunlar Ağcabədi rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamının sifarişi ilə gətirilir: «Bu cinsdən olan heyvanlar ildə 4 bala verə bilir. Maraqlıdır, bu cinsdən olan keçilər isə ildə 600-800 kq, bəziləri - 1200 kq süd verir».

Nazirlik rəsmisi əlavə edib ki, son illər Azərbaycanda qoyunçuluq sahəsi sürətlə inkişaf edir: «Beyləqanın Tatalılar kəndində çəkisi 120 kq olan qoyun saxlanılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR