Tadeuş Mazovetskinin vəfatı ilə əlaqədar Polşanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

Tadeuş Mazovetskinin vəfatı ilə əlaqədar Polşanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq
# 30 oktyabr 2013 11:37 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Polşanın Azərbaycandakı səfirliyində demokratik Polşanın ilk baş naziri Tadeuş Mazovetskinin vəfatı ilə əlaqədar ölkədə elan olunmuş matəmlə bağlı xatirə kitabı açılacaq. APA-nın səfirliyin “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, başsağlığı kitabı oktyabrın 30-da saat 15-dən 17-yə və oktyabrın 31-də saat 10-dan 16-ya qədər açıq olacaq.

Qeyd edək ki, “Solidarnost” hərəkatının liderlərindən və 1989-91-ci illərdə demokratik Polşanın ilk baş naziri olmuş Tadeuş Mazovetskinin 87 yaşında vəfatı ilə əlaqədar 3 noyabr tarixi Polşada milli matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR