Tanınmış vəkil Kərim Yıldız Avropa Məhkəməsində Xocalı sakinlərinin hüquqlarını müdafiə edəcək - FOTO - VİDEO

Tanınmış vəkil Kərim Yıldız Avropa Məhkəməsində Xocalı sakinlərinin hüquqlarını müdafiə edəcək - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 08:46 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, hər iki təşkilatın fəalları bundan sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.


Bildirilib ki, Laçın rayonunun 6 sakininə Ermənistanın hərbi təcavüzü nəticəsində dəyən maddi və mənəvi ziyana görə Avropa İnsan Haqları Məhkəməsində cinayət işinin açılmasına, işğalçı dövlətə qarşı qərar verilməsinə nail olan məşhur hüquq müdafiəçisi Kərim Yıldızın dəstəyi ilə Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəməyə verilməsi üçün hazırlıqlara başlanılıb. “Xocalı Soyqırımını Tanıtma” İB və “Rojhat” Azərbaycan Kürd Gənclər Təşkilatının birgə köməyi ilə bir qrup hadisə şahidinin ifadələri alınıb, habelə ilkin hazırlıq üçün zəruri sənədlər avropalı vəkillərə göndərilib.


Tədbirdə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu deyib ki, erməni terrorçuları Xocalıda törətdikləri soyqırıma görə beynəlxalq məhkəmədə cavab verməlidirlər: “Qarşıdan qondarma “erməni soyqırımı”nın 100 illiyi gəlir, dünyanın müxtəlif ölkələrində kampaniyalar aparılacaq. Erməni yalanlarının ifşa olunması, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində işlərin gücləndirilməsi zəruridir”.


“Rojhat” Azərbaycan Kürd Gənclər Təşkilatının sədri, Laçın rayonunun Çıraqlı kəndindən məcburi köçkün Nicat Cəbrayılov Avropanın tanınmış vəkillərindən olan kürd əsilli Kərim Yıldızın 6 Laçın sakininin beynəlxalq məhkəməyə müraciəti zamanı fəaliyyətindən danışıb. O, Avropa Məhkəməsində Laçın sakinlərinin lehinə qərar çıxarılmasına nail olub. Məhz buna görə Xocalı soyqırımı şahidlərinin, habelə itki vermiş ailələrin hüquqlarını Avropa Məhkəməsində müdafiə etmək üçün K.Yıldızla əməkdaşlıq edilməsinə qərar verilib. İlkin olaraq bir neçə şahiddən ifadə alınıb, ifadələr ingilis dilinə tərcümə edilib, zəruri sənədlərlə birgə vəkilə göndərilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR