Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək
# 29 dekabr 2013 11:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul 2014-cü il yanvarın 8-də keçiriləcək.

Qəbulda Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək.

Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin əlaqə nömrələrinə zəng etməklə və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR