Azərbaycan Müdafiə Nazirliyindən yeni kadr təyinatları ilə bağlı açıqlama verilib

Azərbaycan Müdafiə Nazirliyindən yeni kadr təyinatları ilə bağlı açıqlama verilib
# 15 may 2014 11:25 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi, general-mayor Heydər Piriyev tutduğu vəzifədən azad edilərək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəis təyin olunub.

Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi, polkovnik Füzuli Salahov isə AAHM-nin rəisi vəzifəsinə təyinat alıb.

V. Dərgahlının sözlərinə görə, Hərbi Polisinin rəisi vəzifəsinin icrası isə polkovnik Azad Ağayevə həvalə olunub.

Qeyd edək ki, MN sistemində kadr dəyişikliklərinin aparıldığı barədə “aznews” xəbər yayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR