Avropa Birliyi Ukrayna ilə sazişi 2014-cü ildə keçiriləcək sammitdə imzalamaq niyyətindədir

Avropa Birliyi Ukrayna ilə sazişi 2014-cü ildə keçiriləcək sammitdə imzalamaq niyyətindədir
# 13 dekabr 2013 01:41 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə ötən gün Brüsseldəki diplomatik mənbə bildirib.

“Avropa Birliyinin rəsmiləri sazişin 2014-cü ildə Ukrayna-AB sammitində imzalanacağına ümid edirlər”, deyə mənbə bildirib.

Qeyd edək ki, Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ötən gün Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzovla görüşündən sonra assosiasiya haqqında sazişin tətbiqi üçün yol xəritəsinin hazırlanması və Kiyevi Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda dəstək göstərilməsinə dair razılığın əldə olunduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR