ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın XİN rəhbəri ilə bu ölkədəki vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın XİN rəhbəri ilə bu ölkədəki vəziyyəti müzakirə edib
# 01 fevral 2014 17:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burkxalter təşkilata ondan əvvəl sədrlik edən Ukraynanın XİN rəhbəri Leonid Kojara ilə görüşüb.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Ukraynada hazırkı vəziyyət və ondan çıxış yolları müzakirə olunub.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə D.Burkxalter bildirib ki, yaranmış vəziyyətdən çıxış üçün siyasi yolların axtarılması ilə bağlı ATƏT-in təklifi hələ də qüvvədədir. O əlavə edib ki, ATƏT Ukraynada seçkilərə dəstək və məhkəmə sahəsindəki islahat proseslərin həyata keçirilməsi ilə bağlı təcrübəsi ilə bölüşməyə hazırdır.

D.Burkxalter Ukraynada yaranan vəziyyəti eyni zamanda bu ölkənin müxalifət partiyalarının liderləri Arseni Yatsenyuk və Vitali Kliçko, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer ilə də müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR