Gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır

Gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır
# 22 yanvar 2014 14:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu amerikalı həmsədr Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. O, iki ölkə xarici işlər nazirlərinin bu həftənin cümə günü Parisdə görüşəcəklərini xatırladıb və bu görüşün prezidentlərin fevral ayına nəzərdə tutulan görüşü öncəsi irəli doğru addım olacağına ümid etdiyini söyləyib.

Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR