Yatsenyuk etirazçıları Müstəqillik meydanını tərk etməməyə çağırıb

Yatsenyuk etirazçıları Müstəqillik meydanını tərk etməməyə çağırıb
# 17 dekabr 2013 22:54 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Batkivşina” müxalifət partiyasının lideri Arseniy Yatsenyuk etirazçıları Kiyevdəki Müstəqillik meydanını tərk etməməyə və hər gün mitinqlərə toplaşmağa çağırıb.

“Biz hər gün burada toplaşmağınızı xahiş edirik ki sizə nə etdiyimizi məruzə edək, sizsə bizə bundan sonra nə edəcəyimizə dair göstərişlər verəsiniz”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Yatsenyuk Kiyevin Müstəqillik meydanında çıxışı zamanı seyib.

“Və beləliklə, biz addım-addım qələbəyə nail olacağıq”, deyə o əlavə edib.

Onun sözlərinə görə, müxalifətin tələbləri dəyişməz olaraq qalmaqdadır: hökumətin istefası, vaxtından əvvəl parlament və prezident seçkiləri, 2004-cü ilin Konstitusiyasının bərpası.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR