Bakı və Moskva müəssisələri arasında görüş keçiriləcək

Bakı və Moskva müəssisələri arasında görüş keçiriləcək
# 18 mart 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda Bakı və Moskva (Rusiya) müəssisələri arasında görüşlər keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, iki şəhərin istehsal müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Moskva şəhərinin hökuməti aprelin 2-də «Biznes-Marafon 2014» layihəsi çərçivəsində Azərbaycan və Rusiya paytaxtlarının sahibkarlarının Bakıda işgüzar görüşünün keçirilməsinin təşəbbüskarı kimi çıxış edib.

Məlumata görə, ertəsi gün, aprelin 3-də Moskva sahibkarları Bakının qabaqcıl istehsal müəssisələrinə təcrübə və texnologiyalar mübadiləsi aparmaq üçün səfərlər edəcəklər.

Görüşdə iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR