Azərbaycanla Avropa Birliyi arasında 19,5 milyon dollarlıq maliyyə sazişi imzalanıb

Azərbaycanla Avropa Birliyi arasında 19,5 milyon dollarlıq maliyyə sazişi imzalanıb
# 29 avqust 2013 15:10 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə AB-Azərbaycan əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub.

Ştefan Füle Avropa Birliyinin Azərbaycanda dövlət maliyyəsi, təhsil, regional inkişaf, ədliyyə sahəsində islahatlara konkret dəstək verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, hər bir ölkənin öz gələcəyini demokratiya və insane haqları əsasında qurması AB üçün çox vacibdir. O Azərbaycanda prezident seçkilərinin azad və şəffaf atmosferdə keçəcəyinə ümidvar olduğunu deyib.

Görüş zamanı AB komissarı və iqtisadi inkişaf naziri arasında 19,5 milyon avro dəyərində AB-Azərbaycan sazişinə dəstəyə dair çərçivə proqramının fəaliyyətə başlaması barədə maliyyə müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR