Zaqatalada maşın ağaca çırpılıb, üç nəfər xəsarət alıb - VİDEO

Zaqatalada maşın ağaca çırpılıb, üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 22 mart 2014 14:28 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Uzunqazmalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamal Əmrah oğlu Heydərov idarə etdiyi “VAZ-2107” markalı 10 ES 137 dövlət nişan nömrəli avtomobillə Zaqataladan Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü Kamal Heydərov, avtomobildə olan sərnişinlər, Donbabinə kənd sakinləri - 1991-ci il təvəllüdlü Günel Ramiz qızı Şabanova və 1994-cü il təvəllüdlü İranə İlham qızı Dadalova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan Günel Şabanovanın vəziyyəti ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar Kamal Heydərov və İranə Dadalova isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR