İranda təyyarə qəzası baş verib, ölənlər var

İranda təyyarə qəzası baş verib, ölənlər var
# 04 mart 2014 08:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ötən gün İran Mülki Aviasiya Təşkilatına məxsus “Falcon” reaktiv təyyarəsi qəzaya uğrayıb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə martın 3-də yerli vaxtla saat 18:46-da Kiş adasının şərqində baş verib.

10 nəfərlik “Falcon” sərnişin təyyarəsi olmayıb, onun hər iki pilotunun da İran Mülki Aviasiya Təşkilatının işçisi olduğu bildirilir.

Yerli vaxtla saat 20 radələrində 4 nəfərin cəsədi tapılıb.

Qəzanın başvermə səbəbləri hələlik məlum olmasa da, texniki nasazlıq ucbatından baş verdiyi ehtimal edilir. Bəzi məlumatlarda təyyarənin qüllədən eniş üçün icazə alsa da, buna müvəffəq olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR