İranda təyyarə qəzası baş verib

İranda təyyarə qəzası baş verib
# 14 oktyabr 2013 08:11 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, hadisə oktyabrın 13-də yerli vaxtla saat 20:44-də Tehranın Mehrabad beynəlxalq hava limanında olub.

Tehran-Əhvaz marşrutu ilə hərəkət edən təyyarə havaya qalxa bilməyib və uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb. Nəticədə Tehranın Mehrabad beynəlxalq hava limanının uçuş zolağı 10 dəqiqə qapadılıb. “Caspian Airlines“ hava yolları şirkətinə məxsus “Boeing MD” təyyarəsinin qəzaya uğramasının səbəbi texniki nasazlıqla əlaqələndirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, iki nəfər özünü narahat hiss edib və dərhal onlara tibbi yardım göstərilib. Sərnişinlər oktyabrın 14-də yerli vaxtla saat 01:35-də Əhvaza yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR